Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

18:24 17 Avqust 2026

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

 

Bu barədə Sitat.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Belə ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi — Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi — Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan müvəqqəti bağlanacaq.

 

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.



Xəbər xətti