Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya mediasının xəbərinə görə, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən və Rusiya səfirinin Yaponiya XİN-ə çağırılmasından sonra Yaponiya səfiri də Rusiya XİN-ə çağırılıb.
Lavrov Yaponiya səfirliyinin konkret cavab vermədiyini, səfirin Moskvada olmadığını və ya özünü yaxşı hiss etmədiyini bildirdiyini qeyd edib.
"İstənilən halda, biz səfiri çağırmışıq və o, Xarici İşlər Nazirliyinə gəlməlidir. Biz Prezident Putinin İturup adasına səfəri ilə bağlı Yaponiya rəhbərliyinin münasibətini və səfirin ev sahibi ölkədə özünü necə aparmalı olduğunu müzakirə edəcəyik. Səfir ev sahibi ölkənin qanunlarına və ölkədə xarici diplomatlar üçün mövcud olan prosedurlara hörmət etməlidir”, - Lavrov vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya və Yaponiya arasında mübahisəli ərazi olan, hər iki tərəfin sahiblik iddiası etdiyi İturup adasına səfər edib.