ABŞ Çinin Tayvana, Rusiyanın isə Avropadakı NATO ölkələrindən birinə eyni vaxtda hücum etməsinə hazır deyil.
Sitat.info xəbər verir ki, bunu NATO-nun Romadakı Müdafiə Kollecinin tədqiqat bölməsinin direktoru Florens Qaub bildirib.
“Sadəcə belə deyək: bu, hazırda hazır olmadığımız ssenaridir”, – Qaub vurğulayıb.
Qeyd olunur ki, NATO strateqləri bu təhlükəni dərk edirlər, lakin ona qarşı mübarizə aparmaq üçün lazımi tədbirləri görmürlər. Bu müddət ərzində Qərb Çin və Rusiyanın mümkün birgə strategiyasının necə ola biləcəyini anlamaq məqsədilə yalnız bir neçə kiçikmiqyaslı təlim keçirib.