Hörmüz boğazında gəmi vuruldu: ölən var

10:00 18 Avqust 2026

Hörmüz boğazında gəmiyə hücum edilib.

Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində gəminin maşın bölməsi zədələnib, bir ekipaj üzvü həlak olub.

Digər heyət üzvlərinə isə hazırda Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.

Hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır.



Xəbər xətti