Su arxından kişi meyiti tapıldı

10:36 18 Avqust 2026

Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından orta yaşlı kişi meyiti tapılıb.

Sitat.info APA-ya istinadla xəbər verir ki, hadisə kəndin girişində qeydə alınıb.

Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti