İraqın Süleymaniyə şəhərində neft məhsullarının saxlanıldığı yanacaq müəssisəsində güclü yanğın baş verib.
Sitat.info xəbər verir ki, hadisə nəticəsində, əksəriyyəti müəssisə işçisi olmaqla, təxminən 30 nəfər yaralanıb. Yaralananlar arasında 4 yanğınsöndürən də var.
Yanğın təxminən 4 saat sonra tam nəzarətə götürülüb. Ağır yaralanan İran vətəndaşı olan işçinin müalicəsi davam edir.
Seymur,
Sitat.info