İsrail Futbol Assosiasiyası (IFA) FİFA prezidenti Canni İnfantinonun yenidən seçilməsinə əvvəllər verdiyi dəstəyi geri götürüb.
Sitat.info xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.
Bildirilir ki, bu qərar, FİFA-nın kommersiya qolu olan “FIFA Forward Enterprise” şirkətindəki 25%-lik payın kənar investorlara satılması planlarının yaratdığı etimad böhranından irəli gəlir.
Qeyd edək ki, son günlər İnfantinonun fəaliyyəti UEFA daxilində də ciddi narazılıqlara səbəb olub. UEFA onun istefasını tələb edir.