Tramp Kim Çen Inlə görüşmək istəyir

10:29 19 Avqust 2026

 ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə bu payız görüşmək istəyir.

Sitat.info xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

 Tramp müşavirləri ilə Kim Çen Inlə üz-üzə danışıqların keçirilməsi imkanını müzakirə edib. Görüşün Trampın noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitinə səfəri zamanı baş tutması ehtimal olunur.

Lakin hazırda iki liderin görüşü ilə bağlı rəsmi hazırlıqlar aparılmır.

Tramp görüşü Şimali Koreya ilə dialoqu bərpa etmək və Pxenyanı nüvə proqramından imtina etməyə razı salmaq üçün fürsət kimi qiymətləndirir. Bununla belə, bəzi ekspertlər və ABŞ rəsmiləri danışıqlarda ciddi irəliləyiş gözləmirlər.

Ağ Evdən bir mənbə isə görüşün vaxtı çatanda keçiriləcəyini bildirib.

Qeyd edək ki, Tramp ilk prezidentliyi dövründə Kim Çen Inlə üç dəfə görüşüb. Sonuncu dəfə liderlər 2019-cu ilin yayında bir araya gəliblər.

Nigar,

Sitat.info



Xəbər xətti