Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi.
Sitat.info AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.
Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor hədiyyə olunub.
Xatırladaq ki, daha əvvəl Prezident Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazın ondan istədiyi Kamaz arzusunu da reallaşdırmışdı.
Daha ətraflı videoda: