Ukrayna Ali Radası Yevgeni Xmaranın ölkənin müdafiə naziri təyin edilməsinin lehinə səs verib.
Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, 312 deputat bu təyinatın lehinə, daha 2 nəfər isə əleyhinə səs verib.
O, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin rəhbərinin səlahiyyətlərini icra edib.
Qeyd edək ki, iyul ayında Baş nazir Yuliya Sviridenkonun hökuməti istefaya göndərildikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Y.Xmaraya müdafiə nazirinin səlahiyyətlərini icra etməyi tapşırıb. Y.Sviridenko hökumətində isə ölkənin müdafiə naziri Mixail Fedorov idi.