Tovuzda yol qəzası baş verib.
Sitat.info apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.