“Barselona” Joao Kanselunu transfer etdi

18:00 20 Avqust 2026

“Barselona” portuqaliyalı cinah müdafiəçisi Joao Kanselunun transferini elan edib.

Sitat.info xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi bundan əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edirdi. Ərəb klubu ilə müqaviləsi 2027-ci ilə qədər olsa da, tərəflər sazişə vaxtından əvvəl xitam veriblər. Bu addım Kanselunun İspaniya nəhənginə azad agent statusu ilə keçməsinə şərait yaradıb.

Xatırladaq ki, Kanselu 2026-cı ilin yanvarında da icarə əsasında “Barselona”da oynayıb və mövsümün sonuna qədər komandada qalıb. Müdafiəçi həmçinin 2023/24 mövsümündə də “kataloniyalılar”ın şərəfini qoruyub.

Ümumilikdə isə Joao Kanselu “Barselona”nın heyətində keçirdiyi 65 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yaddaqalıb.



Xəbər xətti