İndoneziyanın Flores bölgəsində avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 75-ə yüksəlib.
Sitat.info-nun məlumatına görə, zəlzələ nəticəsində 907 nəfər yaralanıb.
İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (BNPB) məlumatına əsasən, bölgədə vəziyyətlə bağlı işlər davam etdirilir.