“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Sitat.info xəbər verir ki, bu barədə klub məlumat yayıb. Yevlax təmsilçisi nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "ayserispor", "Girəsunspor", "Ankara Keçiören", həmçinin öz ölkəsinin "Emordi" və "Rasinens" klublarında forma geyinib.