Voleybol millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlandı

20:00 20 Avqust 2026

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın yekun heyəti bəlli olub.

Voleybol Federasiyasından "Sitat info-ya verilən məlumata görə, C qrupunda mübarizə aparacaq yığmaya 14 voleybolçu dəvət edilib. Komandanın kapitanı Ayşən Abduləzimovadır.

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova;

Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova;

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova;

Baş məşqçi: Faiq Qarayev;

Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov.

Qeyd edək ki, C qrupunun oyunları 21-28 avqust tarixlərində Bakıda keçiriləcək.



Xəbər xətti