Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər.
Sitat.info xəbər verir ki, müzakirələr Azərbaycanın İraqdakı səfiri Eldar Səlimovun İraq Media Şəbəkəsinin rəhbəri Əbdül Kərim Həmmadi ilə görüşü zamanı baş tutub.
Söhbət zamanı Həmmadi dövlətlər arasında möhkəm ikitərəfli münasibətlərin mövcudluğunu vurğulayıb və İraq vətəndaşlarının Azərbaycanın turizm, mədəni və tarixi potensialına böyük marağı olduğunu diqqətə çatdırıb.q