Nurani Qasımovanın vəziyyəti yenidən pisləşdi

21:00 20 Avqust 2026

Nurani (Tofiqəxanım) Qasımovanın səhhətində müşahidə olunan müsbət dəyişiklik uzun sürməyib, vəziyyəti yenidən ağırlaşıb.

Sitat.info xəbər verir ki, bu barədə "Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.

O bildirib ki, bir müddət əvvəl Nurani Qasımovanın vəziyyətində baş verən yaxşılaşma ailəsinə, dostlarına və həmkarlarına böyük ümid versə də, təəssüf ki, bu müsbət dəyişiklik davamlı olmayıb.

"Bizə yalnız inanmaq və bu dəfə həqiqi, çoxdan gözlənilən möcüzənin baş verməsi üçün dua etmək qalır. Nurani hamımıza çox çatışmır. Xüsusilə də uzun illər ərzində onun üçün sadəcə iş kollektivi deyil, əsl ailəyə çevrilmiş həmkarlarına”, – Emil Mustafayev qeyd edib.



Xəbər xətti