Bu gün “Uzatom” Agentliyində Özbəkistanın müvafiq nazirlik və idarələri ilə Qazaxıstan ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Aşurboyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında nüvə, radiasiya və ətraf mühit təhlükəsizliyi məsələləri üzrə işçi görüş keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Tərəflər atom elektrik stansiyasının tikintisi və gələcək istismarı ilə bağlı texniki və ekoloji tələblər barədə fikir mübadiləsi aparıblar.
Mərkəzi Asiyada nüvə enerjisi sektoru üçün ixtisaslı kadrların hazırlanması məsələsinə də xüsusi diqqət yetirilib.
Tərəflər regionda dinc nüvə enerjisinin təhlükəsiz və məsuliyyətli inkişafı üzrə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda əməkdaşlığın növbəti istiqamətləri, o cümlədən Yol Xəritəsinin hazırlanması və ekspertlər arasında dialoqun müntəzəm olaraq davam etdirilməsi barədə razılaşma əldə edilib.