48 yaşlı qadın qətlə yetirildi - Şübhəli oğludur

18:47 21 Avqust 2026

Gəncədə qadın qətlə yetirilib.

Sitat.info xəbər verir ki, hadisə Kəlbəcər rayonundan olan Yeni Qəsəbə adlanan ərazidə baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb.

Qadının ölümündə oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.

///Qafqazinfo



Xəbər xətti