Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Onun vəziyyətinin ağır olduğu, Musa Nağıyev adına xəstəxanaya yerləşdirildiyi və əməliyyata ehtiyacı olduğu bildirilir.
Məlumatda həmçinin aidiyyəti qurumlara aktrisaya dəstək olmaqla bağlı çağırış edilib.