“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu - Bakıya gətirildi - Yenilənib

14:13 22 Avqust 2026

Ağstafada yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Sitat.info xəbər verir ki, “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyən şəxsi elektrik cərəyanı vurub.

O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

Ağır xəsarətlər alan 15 yaşlı Ö.Nəsibov Ağstafadan Bakıdakı xəstəxanaların birinə göndərilib. Onun vəziyyəti ağır qiymətləndirilir.



Xəbər xətti