Azərbaycan vətəndaşı Kamçatkada vulkanda köməksiz vəziyyətdə qaldı - Foto

14:22 22 Avqust 2026

Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobilləri ilə yolda qalıblar.

Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub.

Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var. Bu barədə sözügedən qadın instaqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, 16 nəfərlə birlikdə hazırda “Ural” markalı avtomobildə köməksiz qalıblar.

T.Dolivets həmçinin cəmi 1 günlük qida ehtiyatlarının qaldığını vurğulayıb



Xəbər xətti