"İnter Mayami"nin kapitanı Lionel Messi və qapıçısı Yan Frey MLS-də "Filadelfiya Union"la keçirilən oyundan sonra cərimələniblər.
Sitat.info Qol.az-a istinadla xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdə Messi Kavan Sallivanla yaşanan mübahisə zamanı rəqibinin başına vurub.
Daha sonra Frey də Sallivanla mübahisə edib. Oyunun əlavə vaxtında isə Sallivanla "İnter Mayami"nin digər futbolçusu Yannik Brayt arasında dava düşüb və hər iki oyunçu qırmızı vərəqə alıb.
Müstəqil komissiya oyundakı epizodları yenidən