Almaniya Ukraynaya humanitar yardım çərçivəsində əlavə 50 milyon avro ayırmağa hazır olduğunu bəyan edib.
Sitat.info “Suspilne” telekanalına istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful məlumat verib.
Sözügedən vəsait birbaşa cəbhə xəttinə yaxın ərazilərdə təcili yardım göstərən təşkilatlara yönəldiləcək. Almaniyalı diplomatın sözlərinə görə, Berlin indidən Ukraynanın qış mövsümünə hazırlığına dəstək vermək üçün intensiv iş aparır.
Xatırladaq ki, bundan əvvəl Almaniya hakimiyyətinin Ukraynaya yardımları davam etdirmək naminə 2027-ci ildə əhali üçün vergi yükünü artırmağı və sosial xərclər büdcəsini ixtisar etməyi planlaşdırdığı bildirilirdi. Ölkənin yeni büdcə layihəsində müdafiə xərclərinin kəskin artırılması – 2026-cı ildəki 82.2 milyard avrodan 2027-ci ildə 109.7 milyard avroya çatdırılması nəzərdə tutulur.