“Azeri Light” bahalaşdı

16:13 22 Avqust 2026

Dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
 
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,44 dollar və ya 0,46% artaraq 97,12 ABŞ dolları olub.
 
Qeyd edək ki, ötən gün neftimiz 96,68 ABŞ dollarına ticarət edilib.
 
Xatırladaq ki, "Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
 
Builki dövlət büdcəsində "Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
 
///qafqazinfo///



Xəbər xətti