Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirib

16:50 22 Avqust 2026

Son 24 saat ərzində Ukrayna qüvvələri Rusiyanın Samara vilayətindəki Novokuybışevski neft emalı zavoduna və bölgədəki logistik mərkəzə zərbə endiriblər. Həmçinin Krımdakı "Saki" aerodromunda Rusiyanın "Su-24M" təyyarəsinin məhv edilməsi də təsdiqlənib.
 
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
 
Onun sözlərinə görə, Novokuybışevskski neft emalı zavodu cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşir.
 
Ukrayna Baş Qərargahı həmçinin 22 avqust gecəsi Novokuybışevski neft emalı zavoduna zərbə endirilməsini təsdiqləyib və müəssisə ərazisində yanğın baş verdiyini bildirib. Zavodun emal gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir, müəssisə xüsusilə avtomobil və aviasiya yanacağı, eləcə də dizel yanacağı istehsal edir.
 
Zelenski həmçinin Qara dənizdə Ukrayna vasitələrindən istifadə edildiyini də bildirib, lakin təfərrüat açıqlamayıb.
 
Bundan əlavə, əvvəlki zərbələrdən sonra "Saki" aerodromunda "Su-24M" təyyarəsinin və dörd aerodrom texnikasının məhv edildiyi təsdiqlənib.
 
///oxu.az///



Xəbər xətti