Giresunun Piraziz rayonunda araşdırma aparan elektrik paylama şirkətinə məxsus helikopterin qəzaya uğradığı iddia edilib.
Sitat.info "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Giresun valiliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, indiyə qədər heç bir tapıntı və ya iz aşkarlanmayıb: "Məlumatdan sonra hadisəni təsdiqləmək və lazımi yoxlamaları aparmaq üçün əraziyə qruplar göndərildi. Hadisə səhiyyə, jandarma, polis, AFAD (Fövqəladə Hallar və Təcili Yardım İdarəsi) və yanğınsöndürmə şöbəsi qruplarımız tərəfindən izlənilir. İndiyə qədər hesabatı təsdiqləmək üçün davam edən axtarış-xilasetmə işlərində heç bir tapıntı və ya iz aşkarlanmayıb. İnkişaflar ictimaiyyətlə paylaşılacaq."