Özbəkistan Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır.
Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
"Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın işə salınmasını sürətləndirmək lazımdır. Biz bu barədə İlham Heydər oğlu ilə dar tərkibdə də danışmışıq. Biz bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq", - Mirziyayev bildirib.