Nazirdən Bilik Günü ilə bağlı paylaşım 

Nazirdən Bilik Günü ilə bağlı paylaşım 
TƏHSİL 15 Sentyabr 2026 09:52

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib.

“Sitat.info” xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib.

“Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!

Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür.

Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram.

Bilik Gününüz mübarək!”, - paylaşımda qeyd olunub.