İran Baş Qərargah rəisi: İrana qarşı yeni hücumun alovu hər kəsi bürüyəcək  

İran Baş Qərargah rəisi: İrana qarşı yeni hücumun alovu hər kəsi bürüyəcək  
Dünya 05 Oktyabr 2026 14:12

 İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  general-mayor Əli Abdullahi ölkəsinə qarşı yeni hücum olacağı təqdirdə bunun nəticələrinin bütün regiona yayılacağını bildirib.

Sitat.info-nun İran mətbuatına istinadən məlumatına görə, Abdullahi İrana qarşı yeni hücum ehtimalını qiymətləndirib.

O, ABŞ və İsrailin İrana qarşı yeni hücuma cəhd edəcəyi təqdirdə müharibənin genişlənəcəyini deyib.

“İrana qarşı yeni hücumun alovu hər kəsi bürüyəcək”, – deyə Abdullahi bildirib.

İranlı general İsrailin Baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə səfərinə də toxunub.

Abdullahi Netanyahunun İranın nüvə proqramının hərbi mərhələyə keçdiyi ilə bağlı açıqlamalarını əsassız adlandırıb.

O, “qoyun dərisinə bürünmüş canavar rolunu oynamaqdan əl çəkin və İranın nüvə obyektləri ilə bağlı əsassız açıqlamalar verməyin” deyə bildirib.

Aytac,

Sitat.info