Rusiyadan Ukraynaya növbəti zərbə:  Enerji infrastrukturu və limanlar hədəfə alındı

Rusiyadan Ukraynaya növbəti zərbə:  Enerji infrastrukturu və limanlar hədəfə alındı
Dünya 05 Oktyabr 2026 14:17

Rusiya Ukraynanın enerji və liman infrastrukturuna zərbələr endirdiyini açıqlayıb

Sitat.info xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Ukraynanın Xarkiv vilayətində enerji infrastrukturuna, Odessa vilayətində isə liman obyektlərinə PUA-larla zərbələr endirilib.

Bildirilib ki, Xarkivdə elektrik yarımstansiyası, Odessada isə Vilkovo və Çernomorsk limanlarında hərbi yüklərin daşınması ilə əlaqəli obyektlər hədəf alınıb.

Həmçinin hərbi yük daşıdığı bildirilən iki quru yük gəmisinin vurulduğu qeyd edilib. 

Bundan əlavə Rusiya tərəfi əlavə olaraq gecə ərzində Ukraynaya məxsus 199 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Aytac,

Sitat.info