"Prezident 2015-ci ildə Beynəlxalq Bankın iflas həddinə gəldiyi günlərdə verdiyi fərmana dəyişiklik edib.
Dəyişiklik fərmandakı 3 maddəni (3.3-cü, 3.4-cü və 4.2) ləğvini nəzərdə tutur.
Bu maddələr Beynəlxalq Bankın fəaliyyətinin səmərəliliyinin artırılmasını, restrukturizasiya və sağlamlaşdırılmasını, özəlləşdirilmə planının hazırlanmasını, özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, dəyişiklik Beynəlxalq Bankın özəlləşdirilməsi mövzusunun yenidən gündəlikdən çıxması deməkdir: "Sektorun ən nəhəng oyunçusunun dövlətsizləşdirilməsinin bank sistemində sağlam rəqabət mühitinin və şəffaflığın təmin edilməsi baxımından nə dərəcədə zəruri olması tamamilə ayrı mövzudur. Amma bu məsələdə diqqəti çəkən tamam başqa bir məqamdır.
Söhbət Azərbaycan hökumətinin davranışında müşahidə edilən bir xətt artıq uzun illərdir özünü göstərməsindən gedir: neftin qiymətinin sərt düşdüyü illərdə dövlətsizləşdirmə, köklü struktur və instutusional islahatların gündəmə gətirilməsi, bahalı neft dövründə həmin mövzuların arxa plana keçməsi. Yaxud hansı bir sturkturun bölünməsi, yenisinin yaranması, bir müddət sonra onun köhnə vəziyyətinə qaytarılması".
SİTAT.İNFO