ŞOK iddia: Ukraynada əksər kilsələr Moskva Patriarxlığına bağlıdır - Müharibə başlasa...

11:12 16 Fevral 2022

Rusiya-Ukrayna böhranında Ukraynadakı Moskva Patriarxlığına bağlı kilsələrin rolu müzakirə edilir. Ekspertlər rus pravoslav kilsələrinin Ukraynaya təsirinin olduğunu iddia edirlər. Ukrayna Pravoslav Kilsəsi 2018-ci ilin sonunda Moskva Patriarxlığını tərk edib. Beləliklə, Rusiya ilə Ukrayna arasındakı böhranda yeni səhifə açıldıb. Bu səhifənin adı da  kilsələr arasındakı ayrılıqdır. 


SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna böhranında Ukraynadakı Moskva Patriarxlığına bağlı kilsələrin rolu maraq doğurur.

Mütəxəssislər müharibə olacağı təqdirdə Rus Pravoslav Kilsəsinin Ukraynadakı nüfuzundan istifadə edəcəyini düşünür.
Putinin kilsələrdən siyasi arenada “Yumşaq güc” kimi istifadə etdiyini bildirən Şərqi Avropa Dinləri Araşdırma İnstitutunun prezidenti Prof. Eugene  Klay deyib ki, Putinin ortaq rus dünyasının yaradılması səyləri hiss olunur: “Bunun sütunlarından biri kilsədir. O, kilsədən diplomatik yumşaq güc kimi istifadə etmək istəyir. Bu vəziyyət onların siyasətlərində də özünü göstərir. Məsələn, Serbiya və Gürcüstan siyasi baxımdan Rusiyaya yaxındırlar; bu ölkədələrki kilsələr, Müstəqil Ukrayna Pravoslav Kilsəsini tanımırdı."

Ukraynanın "MÜSTƏQİL" KİLSƏSİ
Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Müstəqil Pravoslav Kilsəsinin Ukraynanın müstəqilliyini möhkəmləndirmək üçün yaradıldığını vurğulayıb. Bodnar, "İlk növbədə, bu ölkənin suverenliyini bərqərar etmək üçün ayrıca stimul yaradır. Beləliklə, biz də dini müstəqilliyə nail oluruq və öz xalqımız arasında imanı gücləndiririk" deyib. 
Səfir Bodnar Kremlin ölkəsindəki Moskva Patriarxlığına bağlı kilsələrlə struktur əlaqələri olduğunu bildirib: "Bizim əlimizdə 2014-cü il müharibəsindən dəlillər var. Müharibədə bəzi silahlar kilsələrdə gizlədilib. Bəzi ruhanilər Rusiyanın tərəfində vuruşublar. Mümkün müharibə olacağı təqdirdə rus kilsələrinin Ukraynanın müstəqilliyini tam dəstəkləyəcəyini düşünmürəm. Çünki Onların hələ də Rusiya ilə əlaqələri var”.
 Bu gün Ukraynada Moskva Patriarxlığına bağlı 12 min kilsə və Müstəqil Ukrayna Kilsəsinə bağlı 8 min kilsə var. Deməli , Rusiyaya bağlı kilsələrin sayı daha çoxdur.

SİTAT.İNFO



Xəbər xətti