Azərbaycan 1 gündə neftdən neçə milyon dollar qazanır?

10:57 16 Fevral 2022

Bir gündə ölkəyə neft ixracından neçə  min dollar pul daxil olur. Bu sual yəqin ki, hər kəs üçün maraq doğurur. 

SİTAT.İNFO xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub.

Energetika Nazirliyinin məlumatına görə, bunun 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib. 

Ölkəmizin ixrac etdiyi “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə bu gün 2,07 dollar azalaraq 97,63 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 15-də 97 dollardan (97,98) baha satılıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (99,70) qeydə alınmışdı.

Sualımızın cavabına gəlincə, gündəlik  580,9 min barrel neftdən ölkəmiz 56 mln.800 min 400 dollar vəsait daxil olur. 

Neftdən əlavə kondensant ixracını da nəzərə alsaq bu rəqəm daha böyükdür. 

Qeyd edək ki, 2022-ci ildə neftin orta qiyməti dövlət büdcəsində 50 dollar nəzərdə tutulub. 

 

 



Xəbər xətti