Natiq Cəfərlidən Ordu ilə bağlı gözlənilməz təklif: "Müdafiə naziri..."

13:57 16 Fevral 2022

"Azərbaycan ordusu xalqın ordusudur və  bu gün ən güvənilən, ən hörmətəlayiq qurumlardan biridir. 44 günlük Vətən savaşında üzümüzü ağ etdilər, qəddimizi düzəltdilər, bizə qürur yaşatdılar. II Qarabağ savaşında qələbənin memari Azərbaycan Əsgərləri, Ordumuzun Zabitləridir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib . 

Onun sözlərinə görə, ordunun ətrafında bu gün baş verən bəzi hadisələr təəssüf doğurur: "Amma bir ümid də yaranır ki, Ordumuzda təmizləmə işləri aparılacaq, “Tərtər işi”ndə, işgəncələrdə adı, əli, əməli olan bütün zabitlər, vəzifəli şəxslər cəzalandırılmalı, son zamanlar korrupsiya əməllərinə görə həbslər ciddi araşdırılaraq bütün şəbəkə çökdürülməlidir. Azərbaycan Ordusu bütün bu xoşagəlməz əməllərdən, şəxslərdən təmizlənməlidir".

Partiya funksioneri vurğuladı ki, artıq  bu sahədə struktur islahatlarının da zamanı yetişib: "Müdafiə Naziri postuna mülki şəxs təyin edilməli, orduya vətəndaş nəzarətinin formalarından biri kimi nazir institutundan istifadə edilməlidir. Mülki Müdafiə naziri vətəndaş cəmiyyəti və media ilə daha açıq və şəffaf dialoq qura bilər. Ordunun hərbi idarəetməsi isə Baş Qərargaha tapşırılmalıdır.Ölkənin bütün sahələrində artıq institutsional addımların zamanı çoxdan çatıb, hətta keçib də - ölkənin idarəetməsi şəxslərə deyil də, institutlara fokuslanmalıdır!.

SİTAT.İNFO



Xəbər xətti