Ukrayna Donbas üçün 44 günlük müharibəni öyrənib - Elxan Şahinoğlu

14:13 25 Yanvar 2022

"Beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalıdır". Sitat.info xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiyanın sərhəddə topladığı yüz minlik qoşun da bundan xəbər verir: "Üstəgəl Moskvanın Vaşinqtona bəlli ultimatumları var. Bu arada, başqa bir sualın da aktuallığı arta bilər: Bəs Ukrayna necə hücuma keçib Donbası separatçılardan təmizləyə bilərmi? Birincisi, Ukrayna ordusu son illərdə xeyli peşəkarlaşıb, tərəfdaşların hesabına modern silahlarla və hərbi texnika ilə təhciz olunub. İkincisi, Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə həyata keçirdiyi 44 günlük hərbi əməliyyat Ukraynada diqqətlə tədqiq edilib və oxşar əməliyyatın imkanları öyrənilib".

E.Şahinoğlu onu da vurğuladı ki, Rusiyanın bütün hallarda hərbi müdaxiləyə başlayacağı ehtimalı yüksəkdirsə, Ukrayna ordusunun Donbasdakı separatçıları tərksilah etmək üçün münbit şərait məhz indidir: "Əlbəttə, bu halda Rusiyanın da müdaxiləsi qaçılmazdır, ancaq Rusiya prezidenti Vladimir Putinin sözü ilə desək, “toqquşma olacaqsa, birinci zərbəni mən endirməliyəm”.



Xəbər xətti