Ermənistan Baş naziri Nikol Paşinyanın 22 may tarixində mediaya açıqlamasında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deməsi Ermənistanın Qarabağ klanının (revanşistlərin) nəzarətində olan media orqanlarında ciddi şəkildə müzakirə edilir.
Sitat.info xəbər verir ki, Qarabağ klanına çalışan media qurumları buna etirazları körükləmək üçün bütün vasitələrə əl atırlar.
Bu baxımdan “Hraparak”da hakim komandanın deputatı ilə müsahibə diqqət çəkir. Jurnalist tərəf kimi çıxış etsə və provokator kimi davransa da, Ovik Ağazaryan sona qədər reallığı izah edir.
Azərbaycan oxucusu üçün maraqlı olduğunu nəzərə alaraq, müsahibədən parçaları təqdim edirik:
- Hakimiyyətə gələndən aylar sonra “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinin müəllifi Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında təxminən “Qarabağ Azərbaycandır, nöqtə” dedi. O, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağını etiraf etdi. Siz hansı vicdanla 120 min Qarabağ əhalisinin (rəqəm şişirdilib, Qarabağda 40 minə yaxın erməni icması var – red.) taleyini belə həll etməyə qərar verdiniz?
- Baş nazirin “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi ilə bağlı çox spekulyasiya edirsiniz. Bu, konkret dövrdə, konkret şərtlər daxilində deyilib. Baş nazirdən onun fikirlərini şərh etdiyim üçün üzr istəyirəm, amma mənim şəxsi qənaətimə görə, o bəyanat Qars, Ərdahan kimi Qarabağın Ermənistan olması ilə bağlıdır (Qars və Ərdahanı ermənilər “tarixi torpaqları” adlandırsalar da, o ərazilərin Türkiyəyə məxsus olduğunu qəbul edirlər, Ağazaryan da bu kontektdə Qarabağın Azərbaycana aid olmasını təsdiqləyir – red. ).
- Yəni son sözünü şərh edirsiniz? İndi Paşinyana görə, belə çıxır ki, Qarabağ Azərbaycandır...
- Qarsdan, Ərdahandan və tarixi vətənimizin digər yerlərindən fərqli olaraq, xalqımızın bir hissəsi Qarabağda yaşayır, bu da sondur (Paşinyanın açıqlaması – red.) və biz xalqımızın yaşamaq və öz hüququnu həyata keçirmək üçün hər şeyi etməliyik.
- Əgər Qarabağı Azərbaycan kimi tanıyırsınızsa, Qarabağ xalqı (Qarabağdakı erməni icması – red.) öz müqəddəratını necə müəyyən etməlidir?
- Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiqləyirik, ona görə də təsdiq etmək istəyirik ki, bəzi yerli problemlər istisna olmaqla, Azərbaycanla sərhəd problemimiz yoxdur. Və Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi məsələsi, Qarabağ xalqı ilə Azərbaycan arasında münasibətlər məsələsi Ermənistan-Azərbaycan münasibətlərindən ayrılmalıdır, bu qədər. Bu bizim dövlət baxışımızdır, başqa bir reallıq da var ki, Qarabağ xalqı öz müstəqilliyini elan edib.
- Əgər siz dediyiniz kimi, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi üçün hər şeyi edəcəksinizsə, o zaman Qarabağın müstəqilliyini Azərbaycana təhvil vermək, minlərlə insanı soyqırıma məruz qoymaq əvəzinə, onu tanıyın.
- Bilirsiniz, bütün sular durulub, meydan zəifləyib, əgər bizim müxalifətçilər yanaşmalarımızla razılaşmasalar, məsələni özləri qaldıra və Qarabağın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirə bilərlər, təbii ki, biz (hakim komanda – red.) bu məsələni müdafiə etməyəcəyik.
- Niyə? Axı “hər şey edəcəyik” dediniz…
- Bəli, təqib edəcəyik, amma bu o demək deyil ki, ilk tanıyan biz olacağıq... Müxalifət görsə ki, biz onların təşəbbüsünü dəstəkləmirik, müvafiq addımlar atsınlar, özlərini o gündəmlə xalqa təqdim etsinlər, desinlər ki, bizi hakimiyyətə gətirin, Qarabağın müstəqilliyini tanıyırıq və s. Xalq onları hakimiyyətə gətirərsə, etsinlər…
- 2021-ci il seçkiqabağı kampaniyada siz Qarabağın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi prosesinə dəstək verəcəyinizə söz vermişdiniz.
- Biz Qarabağın müstəqilliyini tanısaq və Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsək, Azərbaycana bizə müharibə elan etmək üçün qanuni hüquq vermiş olarıq.