Xətai rayonu, “8 noyabr” prospektində piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Yolu qarşı tərəfə keçən 60-65 yaşlı piyadanı avtomobil vurub.
Bildirək ki, piyada piyada keçidi olmayan yerdən qarşıya keçmək istəyib. Halbuki hadisə baş verən ərazidən 200 metr yaxınlıqda yerüstü piyada keçidi var.
Piyadanın vəfat etdiyi barədə hələlik rəsmi məlumat olmasa da, lakin ətrafdakıların reaksiyasından piyadanın dünyasını dəyişdiyini sezmək olurdu.
Sitat.info-nun müxbiri qəzadan sonrakı durumu lentə alıb.
Həmin videonu təqdim edirik:
Məğrur,
Sitat.info