"1988-ci ildəki səhvimizi təkrar etməməliyik" - İqbal Ağazadə

23:45 4 Aprel 2024

"Azərbaycan prezidenti dəfələrlə müsahibələrində bildirib ki, biz Zəngəzuru işğal etmək fikrində deyilik, bizim Ermənistan ərazisinə də iddiamız yoxdur. Söhbət kommunikasiyaların açılmasından gedir. Sülh müqaviləsinin bəndlərindən biri kommunikasiların açılmasıdır. İstənilən halda o kommunikasiya açılacaq. Düşünmürəm ki, bizim belə bir niyyətimiz olsun. Çünki, Azərbaycan həmişə sülhpərvər olub, qonşularla münasibətdə sabitliyə və sülhə önəm verib".

Bu sözləri sitat.info-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib ki, işğaldan azad olumuş ərazilərdə məskunlaşma proseslərini həll etməliyik:

"Ermənistanın bizə qarşı ərazi iddiları olmasaydı, heç zaman onlarla müharibə də olmazdı. Bu istiqamətdə Azərbaycanın ata biləcəyi ən böyük addımnları işğaldan azad olumuş ərazilərdə məskunlaşma proseslərini həll etmək lazmdır ki, bu problem həll olunsun. Məsələ odur ki, 1988-ci ildəki səhvimizi təkarar etməyək. O vaxt Qərbi Azərbaycandan qovulan 200 minə yaxın soydaşımızı müxtəlif yerlədə yerləşdirdik. Halbuki onların hamısını Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirsəydik, bizim heç bir problemimiz olmazdı. Ümumiyyətlə, Cənubi Qafqazda bu problem olmazdı".

Türkan,

Sitat.info



Xəbər xətti