Şahmatçımız Fransa çempionu olub

13:41 10 İyun 2024

Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.

Sitat.info İdman.biz-ə istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib.

Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.



Xəbər xətti