Bağban işlədiyi yerdən 30 minlik kabel oğurladı

13:15 12 İyun 2024

Səbail rayonunda yerləşən idman arenalarının birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Araşdırma aparılır.



Xəbər xətti