Türkiyə də terror siyasi açılımı hədəf alıb - Politoloq

09:18 24 Oktyabr 2024

"Türkiyədə həyata keçirilən terror təsadüfi deyil. Prezident  cƏrdoğan PKK terror təşkilatına son qoymaq üçün uğurlu şəkildə hərbi-siyasi işlər aparır. PKK terror təşkilatına böyük zərbə vurulub".

Bu sözləri Sitat.info-ya açıqlamnasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, həm İraqda, həm də Suriyada bu terror təşkilatını tam aradan götürmək üçün PKK lideri Abdullah Öcalanla müzakirələr aparılır: "Hətta CHP sədri Özgür Özər həbsxanada PKK yanlısı S. Demirtaşla görüşdü. MHP sədri, Dövlət Baxçalı Abdullah Öcalanın Türkiyə parlamentində çıxış edərək rəsmi şəkildə PKK son verildiyini və silahı yerə qoymağa çağırmaği təklif etdi.

Göründüyü kimi Türkiyə prezidenti Ərdogan PKK terroruna tamamilə son verməyə, hətta A. Öcalanı həbsdən azad edilməsinə razıdır".

M.Əsədullazadə hesab edir ki, danışıqlar prosesi müsbət istiqamətdə davam edərsə, Öcalan PKK çağırış edəcək: "Hazırda terror təşkilatının lideri A.Öcalandır və onun dedikləri PKK üçün qanundur. 40 ildir davam edən PKK terroruna son vermək cənab Ərdoğanın əsas strategiyasıdir. Bu günki, terror məhz danışıqları pozmağa hesablanıb. PKK daxilində də barışa qarşı və silahı yerə qoymağa hazır olmayanlar var". 

Məğrur,

Sitat.info



Xəbər xətti