Qərbin Cənubi Qafqazda dayaqları laxlayır: İki gün sonra vəziyyət dəyişəcəkmi?

14:40 24 Oktyabr 2024

"Qərbin Cənubi Qafqazdakı mövqeyi təbii ki, Gürcüstandakı seçkilərin nəticəsindən müəyyən qədər asılıldır. Ancaq, İvanaşvili qalib gəlsə, bu o demək deyil ki, Qərb Gürcüstandan çıxıb gedəcək. İvanaşvili neçə ildir hakimiyyətdədir, Qərb Gürcüstandan gedibmi? Xer". 

Bu sözləri Sitat.info-ya açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli deyib. 

O bildirib ki, bu Qərb üçün arzuolunan hal deyil: "İvanaşvilinin qələbəsi Qərbin məğlubiyyəti sayıla bilər, ancaq bunu tam olaraq Qrəbin getməsi kimi dəyərləndirmək doğru olmazdı". 

Ermənistanla Rusiya arasında baş verən proseslərə toxunan Ə.Məmmədli vurğulayıb ki, son dövrlər bu iki ölkə rekord ticarət həcminə imza atıb: "Ermənistanla münasibətlərə gəlincə,  Paşinyan Rusiya-Ermənistan tarixində rekord ticarət dövriyyəsinə imza atıb. Artıq iki ölkə arasındakı ticarət 14 milyard dollara çatıb. Görəsən Ermənistan Rusiyaya nə satıb ki, bu rəqəm belə böyüyüb? Təbii ki, Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edir. Bunu ABŞ da, Qərb də bilir, ancaq Ermənistan heç kim bir söz demir.  Bir tərəfdən Paşinyan hakimiyyəti Rusiya ilə dərin ticarət əlaqəsindədir, digər tərəfdəndə siyasi aləmdə Rusiyaya qarşı demarşlar edirlər. Paşinyan eyni vaxtda iki stulda oturmaq istəyir. Bunu bacardığı müddətdə Qərb Ermənistanda qalacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti