Gürcüstanda parlament seçkiləri başa çatdı.. "Gürcü Arzusu" partiyası seçkinin qalibidir. Artıq Qərblə əlaqələrin yerinə Moskva xətti inkişaf edəcək. Bununla da Rusiya prezidenti Vladimir Putin Gürcüstana nəzarəti bərpa etdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycan və Qərb "Orta Dəhlizi" Putinin nəzarət etdiyi Gürcüstandan deyil, "Zəngəzur" dəhlizindən keçirmək üçün tam gücü ilə çalışacaq: "Gürcüstan hökumətinin siyasəti region üçün əlavə problemlər açacaq. Gürcüstan da bundan sonra siyasi və sosial -iqtisadi vəziyyət böhrana yuvarlanacaq. Ölkədə demokratiya və insan haqları sahəsində geriləmə davam edəcək. Müxalifətə və müxalif mediaya qarşı hücumlar intensivləşəcək. Artıq demokratik və cəlbedici M. Saakaşvilidən qalma bir sıra azadlıqlarda götürüləcək. Bu gündən Gürcüstan Şevarnadze dövrünə qədəm qoydu".
Politoloq bildirib ki, səs bölgüsündə ciddi fərq yer alıb: "Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hesablanmış 2 min 176 seçki məntəqəsinin ilkin nəticələrinə əsasən, Parlament seçkilərində “Gürcü Arzusu” səslərin 52.988%-ni əldə edib, ikinci yerdə 11.199%-lə "Dəyişikliklər üçün Koalisiya", üçüncü yerdə isə səslərin 9.805%-ni toplayan “Vahid Milli Hərəkat” yer alıb".
Məğrur,
Sitat.info