Tanınmış model ruhi xəstəxanaya yerləşdirildi, mal-mülkü əlindən alındı

11:25 6 Noyabr 2024

Model və aktrisa Deniz Akkaya ruhi xəstəxanaya yerləşdirilib və bütün mal-mülkü varlığı müsadirə edilib.

Sitat.info  xəbər verir ki, bu keçmiş həyat yoldaşı Efe Önbilginin tələbi və məhkəmənin qərarı ilə baş verib.

Deniz Akkaya bir müddət əvvəl qızının ona zorakılıq tətbiq etdiyini və otağa kilidlədiyini iddia etmişdi. Bundan sonra onun qızı sığınacağa yerləşdirildi və Deniz isə 4 ay 27 gün həbs edildi.

Onun keçmiş həyat yoldaşı Efe Önbilgin isə Akkayanın ruhi xəstə olduğunu və ətrafındakılara zərər verdiyini bildirərək onu məhkəməyə verib.



Xəbər xətti