"Tramp adminstrasiyası daha çox Çini cilovlamağa üstünlük verəcək" - Lavrov

14:45 14 Noyabr 2024

Rusiyanın xarici işlər naziri Sergey Lavrov   bildirib ki, Donald Trampın dövründə Çini nəzarətə almaq ABŞ üçün prioritet vəzifə olacaq, Rusiyaya isə Vaşinqton  “hazırki təhlükə” kimi baxır.

Sitat.info xəbər verir ki, Lavrov bunu bir televiziya proqramına müashibəsində deyib. 

"Çini cilovlamaq vəzifəsini Co Bayden administrasiyası da qarşıya qoymuşdu. Güman edirəm ki, bu, Donald Tramp administrasiyası üçün də prioritet olaraq qalacaq. Və biz onlar  üçün  bu günün "təhlükəsi"yik. Vaşinqton Rusiyaya bunun sübuta yetirilməsinə imkan verə bilməz, bu Qərbin reputasiyasına xələl gətirə bilər"

Rusiyanın baş diplomatı vurğulayıb ki, xalqların, xüsusən də Ukraynanın real taleyi ilə maraqlanmayan ABŞ üçün reputasiya hər şeydən çox önəmlidir: "Ukrayna Amerikanın vecinə deyil. Onlar öz reputasiyalarına fikir verirlər: bir vaxtlar deyirdilər ki, Ukraynada bu hökumət olacaq, amma birdən kimsə etiraz etməyə cəsarət etdi. Rusiya? Doğrudan da, böyük ölkədir.  Amma onu öz yerinə qoymaq lazımdır. Amma burada söhbət Ukrayna xalqının taleyindən getmir. Onlar xalqı veclərinə almırlar” , - deyə nazir təkrarlayıb.

Seymur,

Sitat.info 



Xəbər xətti