Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və komandası Rusiya-Ukrayna müharibəsini daha tez bitirə bilər.
Sitat.info xəbərt verir kli, Zelenski müsahibəsində Ukrayna-ABŞ münasibətlərini dəyərləndirərkən bunu deyib.
Daha əvvəl Trampla Rusiya-Ukrayna müharibəsini bitirmə üsullarını müzakirə etdiyini xatırladan Zelenski bildirib ki, Tramp bizim söykəndiyimiz təməl prinsipləri eşitdi və ondan bu mövqeyimizə qarşı hər hansı əks fikir eşçitmədim".
Müharibənin ədalətli sona çatmasının Ukrayna üçün vacib olduğunu bildirən Zelenskinin fikrincə, Tramp və komandasının tutduğu mövqeyi ilə müharibə daha tez bitəcək: "Müharibə bitəcək, lakin konkret tarix yoxdur. Ağ Evi idarə edəcək yeni komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətlərinə verdikləri vədlərdir və bu onlar üçün çox vacibdir".
Nərgiz,
Sitat.info