İsrail mediası: Netanyahunun köməkçisini ömürlük həbs gözləyir

12:12 22 Noyabr 2024

İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş mətbuat müşaviri Eliezer Feldstein məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzası ilə üzləşib.

Sitat.info xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Feldstein əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.

Nəşrin məlumatına görə, bu işdə şübhəli bilinən başqa bir İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan və adı açıqlanmayan zabitini də yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

“The Times of Israel”in daha əvvəl xəbər verdiyi kimi, ittihamnamədə iddia edilir ki, Feldstein dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə edib və İsrail baş nazirinin ofisinə ötürüb.

Qəzetin materialında deyilirdi ki, o, bu sənədlərdən birini Bild-ə də verib.

Aytac,

Sitat.info



Xəbər xətti