Lənkəranda daha bir təcili yardım qəzası

09:12 29 Noyabr 2024

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

Sitat.info-nun verdiyi xəbərə görə hadisə axşam saatlarında rayonun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, çağırışa gedən tibbi yardım briqadasının olduğu tibbi yardım avtomobilinə “Mercedes” markalı minik avtomobili çırpılıb.

Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq  rayon  xəstəxanasına hospitalizasiya olunublar.

Xatırladaq ki, iki gün əvvəl də Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğramışdı.

Faktla bağlı araşdırma aparılır./*Qafqazinfo



Xəbər xətti