Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.
Sitat.info xəbər verir ki, görüşdə Suriyadakı son inkişaflardan faydalanmağa çalışan PKK və onun uzantıları ilə mübarizədə Türkiyənin qətiyyətli mövqeyini davam etdirəcəyini bildirən Ərdoğan, bu məsələdə hər zaman möhkəm dayanacaqlarını vurğulayıb.
Telefon danışığında Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, Suriyadakı son vəziyyət, qlobal və regional məsələlər də müzakirə edilib.
Ərdoğan Türkiyənin bir tərəfdən Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edərkən, digər tərəfdən Suriyada ədalətli və davamlı bir həll üçün səylərini artıracağını, həmçinin bölgədə diplomatiyaya daha çox yer verilməsinin vacib olduğunu qeyd edib. O, bu prosesi irəlilətmək üçün Suriya rejiminin siyasi həll yoluna qoşulmasının zəruri olduğunu vurğulayıb.
Kənan Yusif
Sitat.info